SIĞORTA

19 Yanvar

Azərbaycanda ötən il sığortaolunanların sayı 5,3 milyon nəfəri keçib

2025-ci ilin yanvar-dekabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfər artaraq 3,19% yüksəlib.

Finss.az DSMF-nin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 11 533 nəfər və ya 0,22% artmışdı.

Bu göstəricilər Azərbaycanın sosial sığorta sistemi, sığortaolunanların artımı, DSMF uçot statistikasına dair məlumat verərək ölkədə sosial təminatın davamlı inkişafını əks etdirir.

Fuad Mədətov
Finss.az