SIĞORTA

12 Yanvar

Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 1,1 milyard manatdan çox olub

2025-ci ildə Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 1,1 milyard manatdan artıq olub.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 10,5% artım göstərib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0% artaraq 793,4 milyon manatdan çox təşkil edib. Ümumilikdə, 2025-ci il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub, bu isə proqnozdan 853,5 milyon manat çoxdur. Ötən ilə nisbətən vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5% artım göstərib.

Fuad Mədətov
Finss.az