SIĞORTA

09 Yanvar

Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 228,9 milyon manat olub

2025-ci ildə Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar təxminən 228,9 milyon manat təşkil edib.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 10% artım göstərib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,5% artaraq 173,3 milyon manatdan çox olub.

Ümumilikdə, 2025-ci il ərzində Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub, bu da proqnozdan 853,5 milyon manat çoxdur. Ötən il ilə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5% artıb.

Fuad Mədətov
Finss.az