İstehsalat qəzaları digər qəzalara nisbətən az baş versə də, ciddi iqtisadi və maddi itkilərə səbəb olur. Buna görə də işəgötürən işçiləri qəza, bədbəxt hadisə və ya ölüm zamanı yarana biləcək maliyyə çətinliklərindən qorumağa borcludur. Bu məqsədlə ən uyğun həll İcbari Həyat Sığortasıdır.
Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir. Bu səbəbdən, ölkəmizdə hər bir sahibkar, işəgötürənin əməkdaşlarının həyatını “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta” üzrə təmin etməsi mütləqdir. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, burada həm işəgötürənin, həm də işçilərin mənafeləri ön planda tutulur.
İşçinin əmək fəaliyyəti müxtəlif risklərlə müşayiət olunaraq onun əmək qabiliyyətinin itməsinə də səbəb ola bilər. Təəssüf ki, işəgötürənin bu cür davranışları işçilərin həyatlarını təhlükəyə atmaqla yanaşı, həm də işəgötürənlərin 5000 AZN-dək cərimələnməsinə zərurət yaradır.
İşəgötürən sahibkar tərəfindən bu, öz işçilərinin sosial müdafiəsinin tam təmin edilməsi, işçilərin maraqları baxımından isə gələcəkdə öz maddi təminatlarını risk altına almamaqdan ibarətdir.
İşəgötürənin və işçilərin hüquqlarının qorunması nöqteyi-nəzərindən, İcbari Həyat Sığortasının təmin edilməsi işçilərin rifahı və təhlükəsizliyinə sadiqliyi nümayiş etdirir. Bununla işəgötürənlər gözlənilməz və bədbəxt hadisələr zamanı işçilərin və onların ailəsini maddi təminat altına almaqla yanaşı, həm də öz qanuni öhdəliklərini yerinə yetirirlər.
Həyat Sığorta Şirkəti olaraq, biz Azərbaycanda işəgötürənlər və işçilər üçün hərtərəfli həyat sığortası həllərini təqdim etməyin vacibliyini başa düşürük. Təqdim etdiyimiz həyat sığortası növləri ilə Azərbaycanda sığorta ilə bağlı əhali arasında müsbət rəyin formalaşacağına, sığorta şirkətlərinə olan inamın artacağına, ölkəmizdə həyat sığortasının və bu sahədə ixtisaslaşan sığorta şirkətlərinin inkişafına gətirib çıxaracağına inanırıq.
Biz həmçinin kritik xəstəlik və ya əlillik kimi müxtəlif ehtiyaclara uyğun əlavə sığorta variantları da təklif edirik.
Əgər siz Azərbaycanda işəgötürənsinizsə, işçiləriniz üçün İcbari Həyat Sığortası almağı düşünün və onların gələcəyini təhlükəsiz təmin edin.
