2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat təşkil edib.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 11,9% və ya 684,9 milyon manat çoxdur.
Eyni zamanda, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2% artaraq təxminən 4,3 milyard manat olub.
Fuad Mədətov
Finss.az
