SIĞORTA

05 Yanvar

Ötən il dünyada baş verən ən böyük 10 iqlim fəlakəti və sığorta zərərləri

2025-ci ildə dünyada baş verən ən böyük 10 iqlim fəlakətinin sığorta zərərləri 120 milyard dolları keçib.

Finss.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənub-Şərqi Asiyada payız mövsümündə baş verən siklonlar və daşqınlar 1 750-dən çox insanın ölümünə25 milyard dollar ziyana səbəb olub. Kaliforniyada meşə yanğınları 400 nəfərin həyatına son qoyaraq 60 milyard dollar maddi zərər yaradıb.

Çində daşqınlar minlərlə insanı evsiz qoyub, təxminən 12 milyard dollar maddi ziyan və ən azı 30 ölüm qeydə alınıb. Filippindəki tayfunlar isə 1,4 milyon insanı evsiz qoyaraq 5 milyard dollar zərərə səbəb olub.

Digər bölgələrdə də iqlim fəlakətləri ciddi təsir göstərib:

  • İranda quraqlıq
  • Nigeriya və Konqo Demokratik Respublikasında daşqınlar
  • Hindistan və Pakistanda 1 860 ölüm və 7 milyondan çox təsirlənmiş insan

İnkişaf etmiş ölkələrdə də iqlim hadisələri diqqət çəkib:

  • İberiyada rekord yanğınlar
  • Kanadada quraqlıq
  • Şotlandiyada rekord istilər