2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda kredit sığortası üzrə yığılan sığorta haqları 4,781 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azalma deməkdir.
Hesabat dövründə kredit sığortası üzrə sığorta ödənişləri də azalıb. Belə ki, ödənişlər 12 min manat və ya 17,4% azalaraq 57 min manata düşüb.
Qeyd edək ki, yanvar–noyabr aylarında Azərbaycanda bütün sığorta növləri üzrə yığılan sığorta haqları 1,365 milyard manat, ödənilmiş sığorta məbləği isə 844,8 milyon manat olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,7% və 21,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
