2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə toplanan sığorta haqları 591,5 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,1 milyon manat və ya 6,5% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər də artıb. Belə ki, ödənişlər 5,8 milyon manat və ya 2,4% yüksələrək 249,1 milyon manata çatıb.
Nəticədə, cari ilin ilk 11 ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb.
Qeyd edək ki, yanvar–noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 milyon manat və ya 11,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi həyata keçirilib, bu da illik müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
