2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkəti tərəfindən 1,365 milyard manat sığorta haqqı toplanıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 11,7% artım deməkdir.
Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin ümumi məbləği 844,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
