SIĞORTA

17 Dekabr

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətən 389,3 mln. manat və ya 7,3% çox olub.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə:

  • Büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 185,7 mln. manat və ya 10,8% artıb.
  • Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 428,2 mln. manat və ya 12,6% artıb.