SIĞORTA

10 Dekabr

Əhalinin 53%-i sığortalıdır - SORĞU

Finss.az - Sorğuda iştirak edən Azərbaycan əhalisinin 53.5%-nin aktiv sığortasının olduğu məlum olub.

ASA-dan verilən məlumata görə, bu barədə məlumat Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə aparılan “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş tədqiqat işi çərçivəsində təşkil olunmuş sorğu nəticəsində məlum olub.

Nəticələrə görə, respondentlərin 46.5%-i sığortasızdır.

Respondentlərin 53.8%-i sığortasını dayandırma səbəbini maddi vəziyyət ilə, 26.9% isə avtomobilinin olmaması ilə əlaqələndirib.