2025-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə Dövlət Vergi Xidməti xətti ilə büdcəyə təxminən 233 milyon manat vergi daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% və ya 30,2 milyon manat çoxdur.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumataına əsasən xəbər verir ki, qeyri-dövlət sektoru üzrə daxilolmalar 166,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,6% artım deməkdir. Ödənilən vergilərin 71,5%-i qeyri-dövlət sektoruna, 28,5%-i dövlət sektoruna aid olub.
Eyni dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 4,1 milyon manat, icbari tibbi sığorta haqları üzrə ödənişlər isə 27,6 milyon manatdan artıq olub ki, bu da müvafiq olaraq 4,1% və 8% artım deməkdir.
Fuad Mədətov
Finss.az
