SIĞORTA

08 phrase_var_core.december

Azərbaycanda işsizlikdən sığorta haqları üzrə gəlirlər artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 203 milyon manat təşkil edib.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10,4% artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 11,4% yüksələrək 155 milyon manata çatıb.

2024-cü ilin yanvar–noyabr aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 183,9 milyon manat olub.

Fuad Mədətov
Finss.az