2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici Dövlət Vergi Xidmətinin məlumatına əsasən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7% və ya 601,3 milyon manat artıb.
Xüsusilə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3% artaraq 3 milyard 832,2 milyon manata çatıb.
Fuad Mədətov
Finss.az
