Azərbaycan Mərkəzi Bankı (AMB) və Cənubi Koreya Maliyyə Nəzarət Xidməti (KMNX) arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
“Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşdük. Görüş zamanı hər iki ölkənin maliyyə sektorunun cari vəziyyəti, bu sahələrdə aparılan islahatlar, eləcə də sektorun inkişafı istiqamətində görülən işləri müzakirə etdik. Bununla yanaşı, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi üzrə fikirlərimizi bölüşdük. Görüşdə həmçinin Mərkəzi Bank ilə KMNX arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

