SIĞORTA

02 Dekabr

Azərbaycanda kredit sığortası üzrə sığorta haqqı 4 milyon manatı ötüb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit sığortası üzrə 4,052 milyon manat sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 262 min manat və ya 6,1% azdır.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər 11 min manat və ya 17,2% azalaraq 53 min manata çatıb.

Qeyd olunur ki, yanvar-oktyabr aylarında ölkədə sığorta şirkətləri ümumilikdə 1,256 milyard manat sığorta haqqı yığaraq ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% artım nümayiş etdiriblər. Eyni zamanda sığorta ödənişləri 772,6 milyon manat təşkil edib ki, bu da 150,3 milyon manat və ya 24,1% çoxdur.

Fuad Mədətov
Finss.az