SIĞORTA

02 Dekabr

Azərbaycanda əmlak sığortası bazarı 10%-ə yaxın artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 196,252 milyon manat sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 9,7% artım deməkdir.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər 8 milyon manat və ya 29,7% artaraq 34,943 milyon manata çatıb. Beləliklə, bu 10 ayda hər 100 manat sığorta haqqından 17,8 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, yanvar-oktyabr aylarında ölkədə sığorta şirkətləri ümumilikdə 1,256 milyard manat sığorta haqqı yığaraq ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% artım nümayiş etdiriblər. Eyni zamanda sığorta ödənişləri 772,6 milyon manat təşkil edib ki, bu da 150,3 milyon manat və ya 24,1% çoxdur.

Fuad Mədətov
Finss.az