2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası üzrə 710,7 milyon manat sığorta haqqı toplanıb
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 710,7 milyon manat sığorta haqqı toplanıb, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 100,4 milyon manat və ya 16,4% artım deməkdir.
Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği 546,9 milyon manat təşkil edib, illik müqayisədə 34,5% artım qeydə alınıb. Beləliklə, 10 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı bütün sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb, bu da illik müqayisədə 12,9% artım deməkdir. Eyni dövrdə şirkətlər tərəfindən 772,6 milyon manat sığorta ödənişi həyata keçirilib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% yüksəkdir.
Fuad Mədətov
Finss.az
