2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi həyata keçirilib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC olub – 479,8 milyon manat. İkinci yerdə 115,3 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü pillədə isə 56,3 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.
Yanvar-oktyabr ayları üzrə sığorta ödənişlərinə görə şirkətlərin renkinqi:
| ŞİRKƏTİN ADI |
MƏBLƏĞ |
|---|---|
| Paşa Həyat Sığorta | 479,806 |
| Paşa Sığorta | 115,297 |
| Atəşgah Həyat Sığorta Şirkəti | 56,313 |
| Atəşgah Sığorta Şirkəti | 34,148 |
| Qala Sığorta | 22,179 |
| Meqa Sığorta | 13,524 |
| Azərbaycan Sənaye Sığorta | 10,569 |
| A-Qroup Sığorta Şirkəti | 9,326 |
| Xalq Sığorta | 8,923 |
| Aqrar Sığorta | 5,297 |
| AtaSığorta | 4,777 |
| Xalq Həyat Sığorta Şirkəti | 4,237 |
| Meqa Həyat Sığorta ASC | 4,130 |
| Qala Həyat Sığorta Şirkəti | 2,385 |
| AzSığorta | 1,469 |
| İpək Yolu Sığorta | 223 |
Fuad Mədətov
Finss.az
