2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta bazarında toplanan sığorta haqları 1,256 milyard manat olub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC olub, onun yığımları 530,839 min manat təşkil edib. İkinci yerdə 272,931 min manatla “Paşa Sığorta” ASC, üçüncü pillədə isə 81,124 min manatla “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği 772,6 milyon manat olub ki, bu da bazarda ödənişlərin artdığını göstərir.
Yanvar-oktyabr ayları üzrə sığorta yığımlarının şirkətlər üzrə bölgüsü:
| ŞİRKƏTİN ADI |
MƏBLƏĞ |
|---|---|
| Paşa Həyat Sığorta | 530,839 |
| Paşa Sığorta | 272,931 |
| Atəşgah Həyat Sığorta Şirkəti | 81,124 |
| Qala Sığorta | 63,925 |
| Atəşgah Sığorta Şirkəti | 48,677 |
| Meqa Sığorta | 25,693 |
| Azərbaycan Sənaye Sığorta | 24,760 |
| Qala Həyat Sığorta Şirkəti | 22,742 |
| Xalq Sığorta | 20,538 |
| Aqrar Sığorta | 15,747 |
| Meqa Həyat Sığorta | 12,340 |
| A-Qroup Sığorta Şirkəti | 11,159 |
| Xalq Həyat Sığorta Şirkəti | 8,393 |
| AtaSığorta | 7,541 |
| AzSığorta | 6,358 |
| İpək Yolu Sığorta | 4,488 |
Fuad Mədətov
Finss.az
