2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 182,665 milyon manat sığorta haqqı toplanıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər 31,329 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,6% artım deməkdir. Nəticədə toplanmış hər 100 manat sığorta haqqının 17,2 manatı ödənişlərə yönəldilib.
Eyni dövrdə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə ümumilikdə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanıb. Ödənişlərin məbləği isə 683,896 milyon manat olub, bu da illik müqayisədə 23,5% artım deməkdir. Nəticədə hər 100 manat sığorta haqqının 59,1 manatı ödənişlər üçün istifadə edilib.
Fuad Mədətov
Finss.az
