SIĞORTA

21 Noyabr

Azərbaycanda işsizlər üçün aylıq sığorta ödənişi açıqlanıb

2025-ci il noyabrın 1-i vəziyyətinə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsizlərin sayı 237,9 min nəfər olub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 51,2 faizi qadınlar təşkil edir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat səviyyəsindədir.

Müqayisə üçün qeyd edək ki, ötən il eyni tarixdə işsizlərin sayı 282,8 min nəfər olub. Bu isə işsizliyin azaldığını göstərir.

Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 308,1 min nəfər, onlardan isə 5 milyon 25,3 min nəfəri məşğul əhalidir. Bu göstəricilər əmək bazarının vəziyyətini əks etdirir və məşğulluq səviyyəsini qiymətləndirməyə imkan verir.

Fuad Mədətov
Finss.az