Hesablama Palatasının rəyi əsasında İşsizlikdən Sığorta Fondu (İSF) 2026-cı il büdcə layihəsində gəlirlərin əsas hissəsinin işsizlikdən sığorta haqları hesabına formalaşacağı bildirilib.
Finss.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.
Layihəyə görə, 2026-cı ildə Fondun gəlirləri üç əsas mənbədən təmin ediləcək:
- İşsizlikdən sığorta haqları – gəlirlərin 88,8%-i bu mənbədən formalaşacaq;
- Sair gəlirlər – əlavə daxilolmalar;
- Əvvəlki illərdə qalıq vəsaitlər – xərclərin maliyyələşdirilməsinə yönəldiləcək vəsait.
Məlumatda qeyd olunur ki, Fondun büdcə gəlirləri əsasən əmək bazarındakı məşğulluq səviyyəsindən və sığorta haqları üzrə yığımlardan asılıdır. Digər gəlirlər və əvvəlki illərdən istifadə edilən ehtiyatlar isə əlavə dəstək mənbəyi rolunu oynayır.
