2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit sığortası üzrə sığorta şirkətləri 4,019 milyon manat sığorta haqqı yığıblar. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,24 milyon manat və ya 6,3% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə kredit sığortası üzrə ödənişlərin həcmi 50 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 13,8% azalma deməkdir.
Qeyd olunur ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin ümumi xətti ilə yığımları 1,157 milyard manat, həyata keçirdikləri ümumi ödənişlər isə 683,896 milyon manat olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13% və 23,5% artım nümayiş etdirir.
Fuad Mədətov
Finss.az
