2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası sahəsində 655,4 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, eyni dövrdə həyat sığortası üzrə ödənişlər 484,7 milyon manata çatıb, bu da illik müqayisədə 33,5% artım deməkdir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının təxminən 74 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanıb, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ümumi ödənişlər isə 683,9 milyon manat təşkil edib, illik artım 23,5% olub.
Fuad Mədətov
Finss.az
