SIĞORTA

29 phrase_var_core.october

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-SENTYBR/2025

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,157 milyard manat sığorta haqqı yığılıb.

Finss.az-ın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 133,5 milyon manat və ya 13% artım deməkdir.

Dövr ərzində ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC olub – 530,8 milyon manat. İkinci yerdə “Paşa Sığorta” ASC (272,9 milyon manat), üçüncü yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC (81,1 milyon manat) qərarlaşıb.

Cari ilin ilk doqquz ayı üzrə sığorta yığımlarının şirkətlər üzrə renkinqi aşağıdakı kimidir:

Şirkət adı Məbləğ (min manat)
Paşa Həyat Sığorta 530,839
Paşa Sığorta 272,931
Atəşgah Həyat Sığorta Şirkəti 81,124
Qala Sığorta 63,925
Atəşgah Sığorta Şirkəti 48,677
Meqa Sığorta 25,693
Azərbaycan Sənaye Sığorta 24,760
Qala Həyat Sığorta Şirkəti 22,742
Xalq Sığorta 20,538
Aqrar Sığorta 15,747
Meqa Həyat Sığorta 12,340
A-Qroup Sığorta Şirkəti 11,159
Xalq Həyat Sığorta Şirkəti 8,393
AtaSığorta 7,541
AzSığorta 6,358
İpək Yolu Sığorta 4,488

Fuad Mədətov
Finss.az