SIĞORTA

24 Oktyabr

Bakıda "Türk Dövlətləri InsurTech Sammiti 2025" keçiriləcək

28–29 oktyabr 2025-ci il tarixlərində Bakı Marriott Hotel Bulvarında Türk dünyasında sığorta və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş “Türk Dövlətləri InsurTech Sammiti 2025” keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Finss.az-a verilən məlumata görə, iki gün davam edəcək tədbir sığorta bazarının rəqəmsal transformasiyası, süni intellekt, məlumat təhlükəsizliyimüştəri mərkəzliliyi kimi müasir mövzulara fokuslanacaq.

Sammitin açılış mərasimində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və digər yüksək vəzifəli şəxslər açar nitqlərlə çıxış edəcəklər.

Tədbirdə Qazaxıstan, Türkiyə, Özbəkistan, QırğızıstanŞimali Kipr Türk Respublikası rəsmiləri də iştirak edərək, sığorta bazarlarında rəqəmsallaşma və InsurTech sahəsində həyata keçirilən islahatlar barədə təqdimatlar edəcəklər.

Sığorta sektorunda rəqəmsallaşma gündəmdə

Sammitin birinci günündə “Türk ölkələrində sığorta bazarının tənzimləyici icmalı”“Türk ölkələrində InsurTech perspektivi” adlı sessiyalarda Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Pənah BənnayevASA-nın icraçı direktoru Elmar Mirsalayev çıxış edəcəklər.

Məruzələrdə regional bazarlarda rəqəmsallaşma səviyyəsi, tənzimləyici çərçivələr və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.

Günün ikinci yarısında keçiriləcək “Sığorta Bazarının Təşviqi Panelləri” çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, TürkiyəŞimali Kipr nümayəndələri öz ölkələrinin təcrübələrini bölüşəcəklər.

Bundan əlavə, Türk Dövlətlərinin Sığorta sektoru üzrə “Core Layihəsi” təqdim ediləcək və B2B görüşlər zamanı iştirakçılar arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.

İkinci gün – süni intellekt və kibertəhlükəsizlik ön planda

29 oktyabr tarixində keçiriləcək sammitin ikinci günündə qlobal InsurTech tendensiyaları, AI və Blockchain əsaslı sığorta məhsulları, müştəri təcrübəsikibertəhlükəsizlik kimi mövzular diqqət mərkəzində olacaq.

Panellərə Arksigner, Venhancer, RS Automotive Group, Medipol UniversitetiEY Türkiye kimi aparıcı şirkətlərin rəhbərləri moderatorluq edəcəklər.

Xüsusi sessiyada Jochem van StiphoutAI və Avtomatlaşdırma: Sığortada Rəqəmsal Transformasiyanın Gələcəyi” mövzusunda təqdimatla çıxış edəcək.

Tədbir Türk Dövlətlərinin Sığorta Assosiasiyalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək “Türk dövlətləri arasında əlaqəli və dayanıqlı InsurTech ekosistemini necə qurmaq olar?” adlı yekun panel və şəbəkə sessiyası ilə başa çatacaq.

Fuad Mədətov
Finss.az