Sığorta sektorunda mənfəət azalır, zərərlilik yüksəlir.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2025-ci ilin birinci yarımilində sığorta sektorunun xalis mənfəəti 17% azalaraq 81 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəət 14 milyon manat azalaraq 42 milyon manat, həyat sığorta şirkətləri üzrə isə 2 milyon manat azalma ilə 39 milyon manat olub.
Sığorta sektorunun zərərlilik dərəcəsi 7 faiz bəndi artaraq 85%-ə çatıb. Bazarda yüksək paya malik bəzi sığorta növlərində zərərlilik dərəcəsinin yüksəlməsi ümumi göstəriciyə təsir göstərib.
2025-ci ilin birinci yarımilində bazar payı 25% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında zərər əmsalı 9 faiz bəndi artaraq 80%, xərc əmsalı 3 faiz bəndi azalararaq 29%, yekun zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 109% təşkil edib.
Fuad Mədətov
Finss.az