SIĞORTA

02 phrase_var_core.july

Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə mediatur təşkil olunub

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən media nümayəndələri üçün mediatur təşkil olunub.

Finss.az xəbər verir ki, Quba şəhərində baş tutan səfərdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər. Mediaturun məqsədi media nümayəndələrini icbari sığorta sahəsində aparılan islahatlar, tətbiq olunan yeni strategiyalar və innovativ yanaşmalar barədə məlumatlandırmaq, media ilə əməkdaşlığı gücləndirmək olub.

Tədbirin açılışında çıxış edən İSB-nin İcraçı direktoru Vüsal Məsiyev media nümayəndələrini salamlayaraq mətbuatın milli dəyərlərin qorunması və ictimai şüurun formalaşdırılmasındakı rolunu yüksək qiymətləndirib: “Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkili xüsusi əhəmiyyət daşıyır. İcbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianı mühüm tərəfdaş hesab edirik. Bu cür təşəbbüslər jurnalistlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, vətəndaşların sığorta mövzusunda məlumatlılıq səviyyəsinin artırılmasına da xidmət edir”.

Sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyasının təqdimatını keçirib.

Büronun digər rəhbər şəxsləri İSB-nin fəaliyyət istiqamətləri barədə media nümayəndələrinə maarifləndirici məlumat veriblər.

Təqdimatdan sonra müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkilib.