2025-ci ilin yanvar-may aylarında “İpək Yolu Sığorta” ASC 1 milyon 213 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 min manat və ya 1,7% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 1 milyon 193 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin ilk beş ayında “İpək Yolu Sığorta” ASC 12 min manat sığorta ödənişi həyata keçirib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb.
Fuad Mədətov
Finss.az