SIĞORTA

09 İyun

“Günay Bank” və “Muğan Bank”ın qorunan əmanətçilərinə 230 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fonduna iştirakçı banklar tərəfindən ödənilən sığorta haqlarının risk əsaslı çərçivədə hesablanması və yığılmasına dair hazırlanan metodoloji layihə üzrə işlərin görülməsi davam etdirilib.

Finss.az bu barədə AMB-yə istiandən xəbər verir ki, 2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98% və 97%-i qaytarılıb.

Məlumata əsasən, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 milyon manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat məbləğində kompensasiya ödənilib.

Fuad Mədətov
Finss.az