SIĞORTA

03 İyun

“Qala Sığorta” 41 milyon manat sığorta haqqı toplayıb

2025-ci ilin yanvar-aprel aylarında “Qala Sığorta” ASC 41 milyon 71 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 909 min manat və ya 14% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprel aylarında şirkət 36 milyon 162 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Qala Sığorta” ASC 7 milyon 693 min manat sığorta ödənişi həyata keçirib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 200 min manat və ya 71% artım deməkdir. Nəticədə, ötən ilin yanvar-aprel aylarında şirkətin sığorta ödənişləri 4 milyon 493 min manat olub.

Fuad Mədətov
Finss.az