SIĞORTA

03 İyun

“Paşa Həyat Sığorta” ASC-nin sığorta haqqı və ödənişləri artıb

2025-ci ilin yanvar-aprel aylarında “Paşa Həyat Sığorta” ASC 281 milyon 911 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 milyon 821 min manat və ya 10% artım deməkdir. Beləliklə, şirkət ötən ilin yanvar-aprel aylarında təxminən 256 milyon 282 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Paşa Həyat Sığorta” ASC 129 milyon 595 min manat ödəniş həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 824 min manat və ya 16% artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri təxminən 111 milyon 771 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az