2025-ci ilin yanvar-aprel aylarında “İpək Yolu Sığorta” ASC 1 milyon 65 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 127 min manat və ya 11% azalma deməkdir. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 1 milyon 196 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “İpək Yolu Sığorta” ASC cəmi 11 min manat ödəniş həyata keçirib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 94 min manat və ya 9,3 dəfə azalma deməkdir. Beləliklə, ötən ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 102,3 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az