SIĞORTA

03 İyun

“Atəşgah Həyat”ın sığorta haqları 38.3 milyon manat olub

2025-ci ilin yanvar-aprel aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 38 milyon 288 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyon 78 min manat və ya 15% artım deməkdir. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 33 milyon 280 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında şirkət 14 milyon 282 min manat ödəniş həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 262 min manat və ya 2% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 13 milyon 999 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az