2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə sığorta haqları 70,8 milyon manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% və ya 4,4 milyon manat artım deməkdir.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər də əhəmiyyətli dərəcədə artaraq 13,4 milyon manata çatıb. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 33,2% və ya 3,3 milyon manatlıq artımı əks etdirir.
2025-ci ilin ilk 4 ayında sığorta şirkətləri tərəfindən ölkə üzrə ümumilikdə 588,5 milyon manat sığorta haqqı yığılıb ki, bu da illik müqayisədə 8,4% artıma bərabərdir.
Həmin dövrdə sığorta ödənişlərinin ümumi həcmi 231,3 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Fuad Mədətov
Finss.az