SIĞORTA

27 May

Azərbaycanda dəmiryolu nəqliyyatı sığortası üzrə yığımlar artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə sığorta haqları 22 min manat təşkil edib.

Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42,1% və ya 16 min manat artım deməkdir. 2024-cü ilin ilk 4 ayında bu məbləğ 6 min manat idi.

Qeyd olunur ki, cari ilin yanvar-aprel aylarında dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə heç bir sığorta ödənişi qeydə alınmayıb.

Ümumilikdə isə, 2025-ci ilin ilk 4 ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 588,5 milyon manatlıq sığorta haqqı yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.

Eyni zamanda, bu dövrdə 231,3 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da illik müqayisədə 10,4% artımı göstərir.

Fuad Mədətov
Finss.az