Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərinin illik könüllü tibbi və fərdi qəza sığortası üçün nəzərdə tutulan vəsaitin həcmini açıqlayıb.
Finss.az xəbər verir ki, agentlik bu istiqamətdə müvafiq hazırlıqları başa çatdırıb. ANAMA planlaşdırır ki, ümumilikdə 3 285 işçisini bu sığorta növləri üzrə təmin etsin.
Agentliyin proqnozuna əsasən, bunun üçün təxminən 1,806 milyon manat vəsait tələb olunacaq.
Hal-hazırda ANAMA işçilərinin sığortalanması üçün uyğun şirkətin seçilməsi prosesini davam etdirir.
Fuad Mədətov
Finss.az