2025-ci ilin yanvar-mart aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 27 625 min manat məbləğində sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 987 min manat və ya 22,03% artım deməkdir. 2024-cü ilin ilk rübündə şirkət 22 638 min manat sığorta haqqı toplamışdı.
Hesabat dövründə “Atəşgah Həyat” tərəfindən həyata keçirilən sığorta ödənişləri də artaraq 8 201 min manat təşkil edib. Müqayisə üçün, 2024-cü ilin yanvar-mart aylarında şirkətin sığorta ödənişləri 7 248 min manat səviyyəsində olmuşdu. Beləliklə, sığorta ödənişlərində 953 min manat və ya 13,15% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az