2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanmış sığorta haqları 1,4 milyon manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 208 min manat və ya 17,9% çoxdur.
Eyni dövrdə kredit sığortası üzrə sığorta ödənişləri 22 min manat olub ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2 min manat və ya 10% artım deməkdir. 2024-cü ilin ilk üç ayında isə kredit sığortası üzrə ödənilmiş sığorta ödənişlərinin həcmi 20 min manat olub.
Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur. Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artıb.
Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.
Fuad Mədətov
Finss.az