SIĞORTA

28 Aprel

Azərbaycanda sığorta bazarı 7% böyüyüb

2025-ci ilin birinci rübü üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat artım deməkdir.

Yanvar-mart aylarında sığorta şirkətləri tərəfindən edilən ödənişlər 164 milyon manata çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7 milyon manat və ya 7% artım təşkil edir.

2024-cü ilin birinci rübündə isə sığorta şirkətləri 373,1 milyon manat sığorta haqqı toplayıb və 153,3 milyon manat ödəniş edib. Bu nəticələr, sığorta sektorunun 2025-ci ildə daha da inkişaf etdiyini və daha çox müştəriyə xidmət verdiyini göstərir.

Hesabat dövrü ərzində toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Fuad Mədətov
Finss.az