Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda rəqəmsal transformasiyanın tətbiqinin sürətləndirilməsi diqqətdə saxlanılır və bu istiqamətdə mühüm təşəbbüslər həyata keçirilir. Bu təşəbbüslərdən növbətisi 17 aprel tarixində Mərkəzi Bankda sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbirin keçirilməsi olub.
Finss.az xəbər verir ki, tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə keçirilib.
İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. Mərkəzi Bankın ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Fuad Mədətov
Finss.az
