SIĞORTA

13 Aprel

Məcburi sosial sığorta daxilolmaları 1,47 mld. manata çatdı

Finss.az - 2025-ci ilin yanvar-mart ayları arasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 milyon manata çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu məbləğ 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manat artıb.

Hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da əhəmiyyətli artım göstərərək 13,6 faiz artıb və 963,5 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 52,3 milyon manata yüksəlib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar bu sahədə də 14 faiz artaraq 39,5 milyon manata yaxın olub.

Eyni zamanda, 2025-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 260 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,7 faiz artaraq 180,9 milyon manata çatıb.

Bu artım ölkə iqtisadiyyatında sosial təminat sisteminin daha da gücləndiyini və sığorta daxilolmalarının artan bir tendensiyanı əks etdirdiyini göstərir.