Finss.az - Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub.
11 mart 2025-ci il tarixindən Əmədov Elçin Rəşid oğlu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının Müstəqil üzvü vəzifəsində çalışan Elçin Əmədov fəaliyyəti dövründə şirkətə bir çox uğur və yeniliklər gətirmişdir. İxtisasca iqtisasdçı olan E.Əmədov N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirmiş, xaricdə təhsil və hazırlıq kursları keçmişdir. O, İqtisad Elmləri Namizədidir.
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Elçin Əmədova yeni vəzifəsində bol uğur və müvəffəqiyyət arzu edirik!