SIĞORTA

06 Mart

Azərbaycanda əmlak sığortası üzrə sığorta ödənişlərin 25,5% artıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 3,4 milyon manat olub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 692 min manat, yaxud da 25,5% çoxdur.

2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta ödənişlərinin həcmi 2,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az