2024-cü il ərzində Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib.
Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 2,4 milyon manat, 2023-cü ildə isə 4,4 milyon manat olub:
"2023-cü ildə 240 min hektar ərazi sığortalanıb, 7,3 milyon manat sığorta haqqı ödənilib. 2024-cü ildə isə 246 min hektar ərazi sığortalanıb, 5,4 milyon manat sığorta haqqı icra edilib."
Fuad Mədətov
Finss.az