SIĞORTA

25 Fevral

Nazir müşaviri: Fermerlərə dəstək aqrar siyasətin əsas alətlərindən olacaq

Finss.az - Son illər iqlim dəyişikliyi kontekstində mövcud şərtlər aqrar sığorta sisteminin inkişafını və genişlənməsini labüd edir.

Bu istiqamətdə son 5 ildə uğurlu fəaliyyətlər icra olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, növbəti dövrlərdə də fermerlərə dəstək aqrar siyasətin əsas alətlərindən olacaq.

“Aqrar sığorta mexanizmi özünü təkmilləşdirərək inkişaf edir. Son illər baş verən iqlim dəyişikliyi fonunda sığorta ödənişlərinin həcmi fermerlərə fəaliyyətini davam etdirməyə imkan verir. Xərclərin 50 faizinin dövlət tərəfindən qarşılanması da dövlət dəstəyi aləti olaraq öz səmərəliliyini göstərib”, - deyə o qeyd edib.