SIĞORTA

25 Fevral

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR/2025

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin yığımlarını açıqlayıb.

Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqlarının yığımına görə renkinq siyahısında “Paşa Sığorta” ASC 69,050 min manatla ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə “Paşa Həyat Sığorta” ASC-də (50,319 min manat), üçüncü ən yüksək nəticə isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-də (7,965 min manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə “İpək Yolu Sığorta”ASC (424 min manat) qərarlaşıb.

Finss.az-ın sığorta şirkətlərinin sığorta yığımları üzrə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az