2024-cü ilin hesabat dövründə könüllü əmlak sığortası bazarında 14 milyon manat artım müşahidə olunub.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru və Türk Dünyası Sığorta Birliyinin həmtəsisçisi Elmar Mirsalayev Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumunda açıqlayıb.
Onun sözlərinə görə, baş vermiş hadisələrə görə vətəndaşlara 3,7 milyon manat sığorta ödənişi edilib.
E.Mirsalayev qeyd edib ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmaz reallıqdır.
Fuad Mədətov
Finss.az