SIĞORTA

03 Fevral

Biznes aktivlərinizi qoruyun: Podratçının maşın və avadanlıqların sığortası

Podratçının maşın və avadanlıqların sığortası yüksək dəyərə malik və zədələnmə riski böyük olan xüsusi maşın və avadanlıqları qorumaq üçün nəzərdə tutulub.

Finss.az xəbər verir ki,  “A-Qroup Sığorta Şirkəti” ASC təklif etdiyi podratçının bu sığorta avadanlıq sahibləri, icarəyə verənlər və icarəyə alanlar üçün gözlənilməz xərcləri azaltmaq və maliyyə təhlükəsizliyini təmin etmək məqsədini daşıyır.

Bu sığorta aşağıdakı sahələrdə istifadə olunan özüyeriyən və daşınan xüsusi texnika və avadanlıqları əhatə edir:

  • Tikinti
  • Mədənçilik
  • Ağac kəsimi
  • Kənd təsərrüfatı və digər sənaye sahələri

Sığortalanmış risklər:

  • Yanğın, ildırım və partlayışlar
  • Təbii fəlakətlər: vulkan püskürməsi, sürüşmə, zəlzələ, tufan, sel, daşqın və s.
  • Üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri: oğurluq, soyğunçuluq, qəsdən zədələmə
  • Mekanik zədələr: toqquşma, aşma, maneəyə dəymə, avadanlığın hündürlükdən düşməsi
  • Daşınma zamanı itki və ya zədələnmə
  • Qəfil və gözlənilməz hadisələr (müqavilə şərtlərinə əsasən)

Bu sığorta sayəsində biznesinizin əsas aktivlərini qoruyun və riskləri minimuma endirin.

Daha ətraflı məlumat və sığorta müqaviləsi üçün bizimlə əlaqə saxlayın!